E.Namazov“Azərbaycanda”Gülənçilər”in əsas diqqət göstərdiyi sahə təhsil deyil, ordu idi”

eldar_namazov«Bir çox məmurlar arasında Gülən təsisatlarına yaxın olmaq uğrunda müəyyən rəqabət gedirdi»

Elxan Şahinoğlu: «Gülən şəbəkəsi Türkiyə ordusunda kök saldığı kimi, Azərbaycan ordusunda da kök sala bilər»

Türkiyədə “Gülənçilər”ə qarşı addımlar davam etdiyi bir dövrdə Azərbaycan hakimiyyəti də baş verənlərdən istifadə edərək siyasi rəqiblərini sıradan çıxarmağa çalışır. Yəni Azərbaycanda mübarizə real “Gülənçilər”ə qarşı deyil, hakimiyyətə təhlükə törədən demokratik düşərgəyə qarşı aparılır.

Bütün bu baş verənlərin fonunda tanınmış politoloq, dövlət başçısı Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov maraqlı açıqlamalar verib. E.Namazov “Yeni Müsavat” qəzetinə müsahibəsində qeyd edib ki, həmin dövrdə “Gülənçilər”in əsas diqqət göstərdiyi sahə təhsil deyil, ordu imiş: “O dövrdə Türkiyədə hakimiyyətdə olan qüvvələr Gülən hərəkatına çox ehtiyatla yanaşırdılar. Sağ mərkəzi qüvvələr Tansu Çillər, Məsud Yılmaz, Süleyman Dəmirəl dövrü idi. Bu qüvvələr sağ mərkəzçi qüvvələr olmaqla yanaşı, Qərblə sıx əməkdaşlıq edən qüvvələr idi və Gülən hərəkatı ilə ehtiyatlı davranırdılar. Ərdoğan hakimiyyətə gələndə isə fətullahçılar faktiki olaraq hakimiyyətə ortaq oldular. Azərbaycana gəldikdə, mən prezidentin köməkçisi olanda fətullahçılar haqqında ilk dəfə olaraq mənə gələn informasiyalar təhsil sistemi ilə əlaqəli deyildi. Mənə gələn informasiyalar ordu ilə bağlı idi. Türkiyədən Azərbaycana gəlib orduya təlim keçən, burada işləyən, müşavir görəvində olan zabitlər arasında Gülən hərəkatının üzvlərinin olduğu və həmin zabitlərin burada təbliğat aparması haqqında informasiyalar daxil olmuşdu. 1990-cı illərin ortalarından söhbət gedir”.ÿ

E.Namazov eyni zamanda onu da vurğulayıb ki, həmin dövrdə məmurların bir çoxu Gülən şəbəkəsi ilə yaxın olmağa çalışıb: “O dövrlərdə Azərbaycanda bir çox məmurlar çalışırdılar ki, Gülən xətti ilə açılan təhsil ocaqlarına, qurumlara yaxın olsunlar. Hətta bir sıra məmurlar arasında Gülən xətti ilə açılan təhsil ocaqlarına, təsisatlara yaxın olmaq uğrunda müəyyən bir rəqabət də gedirdi. Mən bunu ideoloji səbəblərlə yox, daha çox maddi səbəblərlə bağlayırdım. Bəzi Orta Asiya ölkələrində bu gün də fətullahçılar böyük nüfuza sahibdirlər. Qırğızıstanda çox ciddi təsir imkanları var. Hətta Qırğızıstan hökuməti ilə Ankara arasında buna görə soyuq münasibətlər mövcuddur”.