Ə.Kərimli “Belə ata və oğulla necə fəxr etməyəsən?”

alikarimli-mitinqdeAXCP sədri Əli Kərimli partiyanın gənc funksioneri Fuad Əhmədlinin həbsinə onun atasının verdiyi reaksiyanı tirajlayaraq siyasi məhbus ailələrinin necə sınaqdan çıxmasından yazıb. Əli Kərimlinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:

“Fuadın atası olduguma görə xoşbəxtəm. Şərəf və ədalət uğrunda mübarəzəndə sənə uğur arzulayıram, oğul! Arxayın ol, zalım cəzasını alacaq!”.
Bu sözlər AXCP Gənclər Komitəsinin funksioneri, bugünlərdə şərlənərək həbs olunmuş Fuad Əhmədlinin atası Zəfər Əhmədliyə məxsusdur. Baxın, mitinq meydanında da çiyin-çiyinə dayanıblar. Belə ata və oğulla necə fəxr etməyəsən?
Hazırkı repressiya dövrü təkcə həbs olunan ictimai-siyasi fəallar üçün deyil, onların ailələri üçün də sınaq dövrüdür. Qürurvericidir ki, məhbus ailələrinin tam əksəriyyəti şərlənmiş övladlarına dəstək olmaqla, bu ağır günlərin sınağından ləyaqətlə çıxırlar!