Hökumətin ağ yalanı:”Sahibkar işini normal şəkildə apara bilmirsə, niyə əlavə iş yeri açmalıdır?”

nemet-eliyev1Nemət Əliyev: «Bu məsələ yerli və beynəlxalq ictimaiyyətin gözünə kül üfürməkdir»

Hökumət belə bir məlumat tiraîjlayır ki, guya, bu ilin ilk yarım ilində ölkədə 93 min iş yeri açılıb, bunun da 73 mini daimidir.

Iqtisadçı ekspert Nemət Əliyev isə bu rəqəmin qətiyyən reallığı əks etdirmədiyini deyir. Fikrini də belə əsaslandırır: “Qeyri-neft sektoruna investisiya qoyuluşu 70 faiz azalıb. Kənd təsərrüfatına, qeyri-neft emalı və ÿneft sahələrinə investisiya qoyuluşu kəskin şəkildə azalıbsa, kreditlər sürətlə ÿiqtisadiyyatı tərk edirsə, xaricə kapital axını sürətlənirsə, yeni iş yerlərinin açılması barədə deyilənlər ağ yalandır. Iş yerlərinin açılması barədə kağız üzərində rəqəmlər olmaqla deyil. Ölkədə iş yerinin açılmasına səbəb olan əsaslar yoxdur. Sahibkar işini normal şəkildə apara bilmirsə, məhsul artımına nail olmursa, niyə əlavə iş yeri açmalıdır?! O bu sahədə gəlir gətirməyən, sahibkarlığa töhfə verməyən işçini niyə işə götürməlidir?! Bir iş yerinin açılması üçün təxminən, 3500-4000 dollar vəsait lazımdır. 93 min iş yerinin açılmasıyla isə iqtisadiyyata pul və kredit qoyuluşu artmalıydı. Bu məsələ yanlışdır və yerli, beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək deməkdir”.