Türkiyə Xarici İşlər Nazirliyi dövlət çevrilişi cəhdindən sonra xarici ölkələrdən 300-ə yaxın diplomatı geri çağırıb.
Bu barədə Anadolu agentliyi xəbər verib.
Agentlik diplomatların hansı ölkələrdən geri çağırıldığını qeyd etməyib.
Amma xəbərdə bildirilir ki, araşdırmalardan sonra çevriliş cəhdi ilə bağlılığı sübut olunmayan diplomatlar əvvəlki işlərinə qayıdacaqlar.