«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, əsl araşdırmalıməsələ SOCAR rəhbərliyində indiyə qədər Gülənə bu qədər bağlı insanların necəyerləşdirilməsi olmalıdır. Bu qaranlıq sualların heç birinə cavab verilmədiyini deyənE.Şahinoğlu vurğuladı ki, bunun əvəzində müxalifətçilər Gülənlə əlaqədə ittihamolunaraq həbs edilirlər: «Gülənin Azərbaycanda daha böyük maliyyələri, tikinti,nəşriyyat biznesi var. Bunlara aydınlıq gətirilməlidir. Hakimiyyətin uzun müddət busuallardan, bu hədəflərdən yayına biləcəyini düşünmürəm. Çünki Türkiyədə bu prosesaraşdırılır və bəyan olunur ki, Gülənin ən böyük qolu Azərbaycandadır. Ona görəTürkiyənin apardığı araşdırmalarla Azərbaycan prokurorluğunun istintaqı üst–üstədüşməyəcəksə, o zaman ciddi suallar yaranacaq. Gülənin kitabının tapılması cinayətməsuliyyətinə əsas vermir. Belə kitablar Türkiyədə üç il bundan öncəsinə qədər sərbəstsatılırdı. Bir var kiminsə evində və ya maşınında Gülənə aid kitablar tapılsın, bir də varkimlərsə konkret olaraq «FETÖ»ya maliyyə dəstəyi verib. Bunlarla bağlı heç bir addımatılmır».
Müxalifəti hakimiyyət daxilində olan Gülənçilərin hədəf ala biləcəyinə gəlincə,E.Şahinoğlu vurğuladı ki, bu fərziyyə ağlabatandır. Çünki Türkiyədə də oxşarproseslər cərəyan edir. Gülənin qırx il ərzində güclü şəbəkə yaratdığını deyənE.Şahinoğlu bildirdi ki, həbs olunanlar aysberqin görünən tərəfidir: «HazırdaTürkiyədə Gülənçilər kimlərinsə adlarını çəkməklə özlərini hədəfə gəlməkdənyayındırırlar. Nəticədə hədəfə gələnlər həbs olunur. Amma onların Gülən hərəkatı iləheç bir əlaqəsi yoxdur. Ola bilsin ki, eyni ssenari Azərbaycanda da həyata keçirilir.Yəni hakimiyyətdə təmsil olunan Gülənçilər gələcəkdə onlara da təhlükənin yaranabiləcəyini anladıqlarından, özlərindən hədəfi yayındırmaq üçün belə qərarlar verəbilərlər».
Xəyal