Azərbaycan hakimiyyətinin başladığı son repressiya dalğasına beynəlxalq etirazlar artmaqdadır. Artıq Avropa Birliyi də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib: “Ölkədə siyasi idarəçilik sahəsində ciddi dəyişiklikləri nəzərdə tutan referendum ərəfəsində hökumət real demokratik müzakirələr təşkil etməyə borcludur”
Eyni zamanda ABŞ-ın Dövlət Departamenti də referendumla bağlı insan haqlarının pozuntusuna yol verilməməsinə çağırıb.Bütün bu baş verənlərlə bağlı Xebernamə.info. Azərbaycan İnsan Hüqüq və Azadlıqların Müdafiəsi Komitəsi”nin sədr müavini İsmayıl Bagirovun fikirini öyrəndi:
İmsayil bəy sizcə baş verən prsosseslərin araxsında nə durur?
Hakimiyyət isə məkrli plan quraraq, növbəti repressiya dalğasına başlayıb. Indi də “Gülənçi ovu”na çıxıblar. Ölkədə fəal olan insanları xüsusilə də referendum əlehdarlarını Fətullahın adamı kimi təqdim etməyə çalışırlar. Məkrli plan quraraq növbəti repressiya dalğasına başlanılıb. Yeri gəlmişkən,son günlərdə həbs edilən AXCP-nin gənc fəallarından biri Fuad Əhmədli avqustun 18-də DTX əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, Fuad Əhmədli digər 3 nəfərlə birlikdə 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılmış cinayət işi üzrə təqsirli bilinərək, barəsində həbs-qətimkan tədbiri seçilib. Rəsmi məlumatda Fuad Əhmədli Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təsvir edilib. Aydındır ki Fuad Əhmədliyə qarşı irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır. Gülənçilərlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. O müasir və liberal düşüncəli siyasi fəaldır. Fuad Əhmədlinin həbsi ilə eyni gündə AXCP Suraxanı şöbəsinin gənc fəalı Qədim Bəkirov da polislər tərəfindən saxlanılıb və 25 gün inzibati həbs cəzasına məhkum edilib. Ondan bir neçə gün qabaq, avqustun 12-də də AXCP Xətai təşkilatının fəalı Məsud Rzalı şərlənərək 30 gün inzibati həbs cəzası alıb. Avqustun 19-da isə AXCP Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev polislər tərəfindən küçədə saxlanılaraq, zorakılıqla polis idarəsinə aparılıb. Bütün əlamətləri ilə görünür ki, Azərbaycanda Şimali Koreya modeli bərqərar edilməkdədir. Hakimiyyət öz pis niyyətinin qarşısında aşılmaz sədd kimi duranlara qarşı repressiyanı davam etdirəcək.
Sizcə represiyaların əsas siyasi məqsədi nədir?
Görünən odur ki,Türkiyə Azərbaycan hakimiyyətindən “Gülənçilər”ə qarşı mübarizə aparmağı tələb edir. Hakimiyyəti fakt qarşısında qoyublar ki, həqiqi qardaş olduğunuzu sübut edin. Hökumət isə həqiqi “Gülənçilər”lə mübarizədə maraqlı deyil. Çünki, bu şəbəkə hökumətin içində də güclüdür. Ona görə də demokratik düşərgəni hədəf seçiblər və məsələyə aidiyyəti olmayan adamları “Gülənçi” kimi Türkiyəyə təqdim etmək istəyirlər. Mənə elə gəlir ki, Türkiyəni aldatmaq mümkün olmayacaq. Çünki, çevriliş cəhdinə görə həbs olunanlar arasında SOCAR-ın əməkdaşları var. SOCAR-ın “Gülənçilər”i maliyyələşdirməsiylə bağlı Türkiyə mətbuatında yazılar dərc olunub. Türkiyədə məhkəmə proseslərindən birində Fətullah Gülənin Azərbaycanda necə kök atdığı, hətta burada iş adamlarına “haqq” qoyduğu haqda məlumatlar səslənib. Belə bir gücə sahib olmaq üçün hökumətin ən yüksək dairələri ilə sıx əlaqə olmalıdır. Ölkədə “Gülən şəbəkəsi” bu qədər söz sahibinə çevrilib. Hökumət istənilən alternativ fikiri boğmaq üçün, bütün mümkün varinatlardan istifadə edir. Azərbaycanda müxalifət düşüncəni məhv edmək üçün “Gülənin adamı” adı altında yeni məqsədyönlü əməliyyata başlanılıb. Bunun ciddi tərəfi isə budur ki, Azərbaycanı “Gülən şəbəkəsi”nin ən yuxarı səviyyədə güclü olduğu ölkə hesab edir. Azərbaycanda istənilən qüvvəyə imkanı verilir, təkcə Azərbaycan xalqından başqa. Kim olursan ol, əsas odur ki, hökumətin maraqlarına cavab ver.
Xebername.info 19.08.2016 O.Xəyal