Hacıqabul sakini icra hakimiyyəti qarşısında özünü yandırdı FOTO

yangin

Hacıqabulda intihara cəhd hadisəsi baş verib

Rayon Qızılburun kənd sakini, ikinci qrup 20 Yanvar əlili Dəmirov Yalçın rayon icra hakimiyyətinin qarşısında özünü yandırıb. Ağır yanıq xəsarətləri alan xəstəni rayon xəstəxanası qəbul etməkdən imtina edib. O  təcili yardım maşınına mindirilərək yarıtikili bir binaya gətirilib və bundan sonra həkimlər oranı tərk edib. Bu haqda “Azadlıq”a Yalçın Dəmirovun özü məlumat verib. Onu bu addımı atmağa vadar edən səbəb mənzil problemidir.  Deyinə görə, 1995-ci ildən mənzil növbəsində olsa da, bu günə kimi onu evlə təmin etməyiblər. Aidiyyatı qurumlara şikayətinə isə baxan yoxdur. Yalçın Dəmirov hazırda 3 uşaqla küçələrdə qaldığını bildirir.

14101519_1351219988225879_1877878705_n

14055526_1351219984892546_1385812608_n

14054848_1351219978225880_1493029915_n