“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsi etirazla qarşılanıb. Vəkil Bəhruz Bayramov “Azadlıq”a açıqlamasında bu həbsin tamamilə qanunsuz olduğunu deyib: “Hesab edirəm ki, Faiq Əmirlinin həbsi tam qanunsuzdur. Əvvala, ona diqqət çəkək ki, cinayət işi xaricdə başlanıb. Xaricdə başlanan cinayət işi əsasında Azərbaycan vətəndaşlarının həbs olunması üçün çox cddi əsaslar lazımdır. Məsələn, Türkiyə hüquq mühafizə orqanları cinayətdə iştirakçı olan şəxslərin adlarını, cinayət iştirakçısı olmalarını əsaslandıran konkret dəlilləri Azərbaycan tərəfə təqdim etdikdən sonra Azərbaycan tərəfi hüquqi addımlar ata bilər. Faktiki belə bir hal yoxdur. Faiq Əmirlinin məhz bu ittihamla saxlanılması tam qanunsuzdur. İkinci tərəfdən, əgər Azərbaycan hakimiyyəti hesab edirsə ki, Fətullah Gülənə yaxın, onun kitablarını oxuyan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır, o zaman, Milli Məclis qərar qəbul edib Fətullah Güləni terrorçu şəxs, təşkilatını isə terrorçu təşkilat kimi tanımalıdır. Azərbaycan hakimiyyəti mövcud Konstitusiyaya, Cinayət Məcəlləsinə və qəbul olunmuş normativ hüquqi aktlara hörmətlə yanaşmalıdır. Insanları belə gülünc ittihamla, həm də heç bir araşdırma, dəlil olmadan həbs etmək, biabırçılıqdır”.
Related Posts
Ali Məhkəmə Leyla və Arif Yunusların şikayətini təmin etdi
- admin
- 27/12/2016
- 0
“İş yenidən apellyasiya baxışına qaytarıldı” Dekabrın 27-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Leyla […]
Həbsxanadan bayram təbriki
- admin
- 28/05/2018
- 0
Siyasi məhbus Taleh Bağırzadənin həbsxanadan göndərdiyi bayram təbrikini oxucularımıza təqdim edirik: “Əziz həmvətənlər! Əziz bacı vəqardaşlarım! 100 […]
Hamilə gəlin 80 min istədi – Lənkəranda şok cinayət
- admin
- 23/05/2016
- 0
Lənkəranda bir neçə gün əvvəl qəribə hadisə baş verib. 19 yaşlı gəlin Ülviyyə Ağayevanın naməlum […]