ABŞ Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Ned Price, Hacı Mutazın ölümü ilə əlaqəli olaraq avqustun 22-də açıqlama etdi. Açıqlamaya əsasən, Hacı Mutaz olaraq da bilinən Fadıl Əhməd əl-Həyalinin 18 avqustda İraqın Musul kəndində həyata keçirilən hava hücumunda öldürüldüyü bildirildi. Fadıl Əhməd əl-Həyalinin, İŞİD-in lideri Bağdadinin muzdlu bir nömrəli silahdaşı olduğu xəbər verilir. Xatırladaq ki, Həyali İŞİD-in İraq və Suriyada yerləşən iri çaplı silahlarının, minalarının və hərbi texnikalarının idarə edilməsinə nəzarət edirdi.
Mətləb BALAKİŞİYEV