Türkiyə parlamentində həyəcan siqnalı – Polis parlamentin qapılarını bağladı…

Bu dəqiqələrdə təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin qapılarının girişləri bağlanılıb. Avropa.info xəbər verir ki, baş nazir Binalı Yıldırım AKP-nin qrup toplantısında danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.1471351234_img2167054

Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir. Bu qrupun parlamentdəki HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir.