
Hər beş kateqoriya üzrə qalib gələn və ya həvəsləndirici yer tutan şəxslərə diplom və fəxri fərmanla yanaşı, müxtəlif pul mükafatlarının verilməsi nəzərdə tutulurdu. Lakin cumhuriyyet.az-a özəl mənbədənd axil olan məlumata görə, dünən günorta saatlarında baş tutan mükafatlandırma mərasimi iştirakçıları xəyal qırıqlığına uğradıb. Belə ki, rəsmi mükafatlandırma mərasimi zamanı qaliblərə diplom və fərmanlarla yanaşı, içərisində pul olan paketlər də təqdim edilib ki, daha sonra paketlər qoyulan pulun vəd ediləndən az olduğu bəlli olub. Başqa sözlə desək, qalib və fərqlənənlərin hər birindən 50-100 manat arasında pul kəsilib ki, bu da sadəcə iştirakçıların deyil, həm də bütün ictimaiyyətin DSX adından aldadılması deməkdir.
Mənbənin sözlərinə görə, bəzi qaliblər tədbir başa çatmamış pullarının kəsildiyindən xəbət tutaraq bununla bağlı öz etirazlarını DSX yetkilisinin diqqətinə çatdırıb. DSX zabitinin isə bu etirazlara cavabı qısa olub : “Pulumuz buna çatdı”. Bilgili qaynağın sözlərinə görə, sonda DSX generalının təşəbbüsü ilə tədbir iştirakçıları xatirə şəkli çəkdirib və bundan sonra qaliblər pərt halda tədbiri tərk edib.