Prezidentlərin Bakı sammitinin bəyannaməsi yayıldı

 

”Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbulu vacibdir”

“Tərəflər regionda həll edilməyən münaqişələrin bölgədə əməkdaşlığa böyük mane olduğunu etiraf edirlər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannamə layihəsində bildirilir.

Sənəddə münaqişələrin beynəlxalq hüquq normaları əsasında və danışıqlar yolu ilə həllinin əhəmiyyəti qeyd olunub.

Layihədə tərəflər Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbul olunmasının, eləcə də sülh, dostluq, təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini etiraf ediblər.

Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli samiti keçiriləcək.