Qürurumuzsan “QARABAĞ”-FOTO-VİDEO

showpic_el100Dünən ölkə çempionu “Qarabağ” Avropa Liqasının pley off mərhələsində ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb. 

Komandamız yetərincə güclü rəqibini səfərdə minimal hesabla məğlub edərək, cavab oyununa üstünlük əldə edib.

Oyunu yüksək səviyyədə keçirən təmsilcimizin qolunu oyunun 67-ci dəqiqəsində “maestro”muz Riçard Almeyda vurub. Cavab oyunu 27 avqust Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Köhlən atlar” Berndə qazanılan qələbə nəticəsində şanslı tərəf oldu. “Yanq Boyz” səddini aşacağı təqdirdə komandamız ardıcıl iki il ard-arda Avropa Liqasının qrup mərhələsinə qatılmaqla ölkə rekordunu müəyyənləşdirəcək. Eyni zamanda Qurban Qurbanov da, bu cəhətdən rekord qıracaq.

showpic_el100-(1)

Komandalar oyuna aşağıdakı heyyətlə çıxıb.

“Yanq Boyz”: 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv von Bergen, 8. Yan Lekyaks, 23. Skott Satr, 6. Leonardo Berton, 7. Miralem Suleymani, 14. Milan Qayiç, 29. Rafael Nuzzolo, 31. Yuya Kubo, 99. Juliam Oarao

Ehtiyat oyunçular: 1. Marko Völfli, 3. Floren Hadergyonay, 22. Qreqori Vütriş, 28. Denis Zakariya, 30. Aleksandr Qonzales, 20. Haris Tabakoviç, 77. Samuel Afum

Baş məşqçi: Harald Gemperle

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana (91. Coşqun Diniyev-75. dəq.), 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui (32. Elvin Yunuszadə-87. dəq.), 77. Cavid Tağıyev (22. Əfran İsmayılov-80. dəq.)

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

 

Elnur ORUCLU