Azərbaycan Türkiyə skandalı: “SOCAR-ın var-dövlətindən azərbaycanlılardan başqa hamı faydalana bilir”

akarimli-yeni5AXCP sədri Əli Kərimli Facebook səhifəsində Türkiyədən SOCAR-a qarşı irəli sürülən ittihamlara münasibət bildirib:

“Bu artıq beynəlxalq skandaldır. Türkiyədən Azərbaycanın dövlət şirkəti SOCAR-a ağır ittihamlar irəli sürüldü və bu səhər də Azərbaycana məxsus PETKİM-də işləyən 19 nəfər həbs olundu. Türkiyə tərəfi iddia edir ki, SOCAR-ın milyardlarla dollara satın aldığı PETKİM 2011-ci ildən Fətullah Gülənin nəzarətinə keçib və onun təşkilatının əsas maliyyə qaynağı olub. Ölkəmizin özünün sərmayəyə böyük ehtiyacı olduğu halda hökumət son illərdə həmin PETKİM-ə milyardlarla dollar sərmayə qoymuşdu və indi məlum olur ki, PETKİM-in də, SOCAR-ın da adı bizim, dadı özgələrinin olub. Məsələ artıq çox ciddiləşdi. Azərbaycan hakimiyyəti izahat verməlidir. İzahat verməlidir ki, niyə SOCAR-ın var-dövlətindən azərbaycanlılardan başqa hamı faydalana bilir”