Əli Kərimli onu təbrik edib. Ilkin bəy 4-cü ad gününü həbsxanada qeyd edir

ilkin rustemzadeVicdan məhbusu, NİDA hərəkatının üzvü İlkin Rüstəmzadənin doğum günüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Ə.Kərimli təbrikini feysbuk səhifəsində paylaşıb:

İlkin Rüstəmzadəni unutmamısınız? “Əsgər ölümlərinə son!” mitinqinin təşkilatçısı olan, cəsarətli, intellektual, əqidəli İlkini. İlkin bəy 4-cü ad gününü həbsxanada qeyd edir, bu gün 24 yaşı olur. Ömrünün qızıl illərini əlindən alırlar. Yalnız ona görə ki, İlkin orduda əsgər ölümünə etiraz edib, həm də sadəcə etiraz etməyib, qabağa düşüb, etiraz mitinqini təşkil edib. Həbsdəykən də əyilməyib, sınmayıb, əqidəsinə sədaqətini qoruyub saxlayıb. Bunlar xalqı düşünən, etiraz etməyə qorxmayan, prinsiplərindən vaz keçmə
yən insanları heç sevməzlər. Belələrinə əllərindən gələn hər cür pisliyi edərlər. Biz isə xalq olaraq belə cəsur övladlarımıza sahib çıxmağı bacarmalıyıq. Hər fürsətdə onlara rəğbətimizi ifadə etməliyik.
Azərbaycanın simvollaşmış gənclərindən olan İlkin bəyə azadlıq və xoşbəxtlik arzulayıram!

 

images

загружено