14.30. “4 saylı “Asan xidmət”in direktor müavini Əşrəf Əliyev bizə bildirir ki, Ədliyyə Nazirliyindən zəng elədilər və dedilər ki, səyyar nikahı təcili dayandırın!”
Bu fikirləri müsavatçı Əbülfəz Sadıqov öz Facebook səhifəsində yazıb.
***
“ASAN xidmət”də olan Meydan TV əməkdaşının məlumatına görə, Aygün Hüseynova deyir ki, otağı təhvil vermək üçün növbətçi əməkdaşı gözləyir və otağı bu cür tərk edə bilməz. Növbətçi əməkdaşın nə vaxt gələcəyi bilinmir.
***
Nigar Yaqublu nikah masasında əməkdaşın gəlməsini gözləyir
“ASAN xidmət” Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir. Bu haqda Meydan TV-yə N.Yaqublunun özü məlumat verib. O bildirib ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya bildiriblər ki, o 10 dəqiqə gecikdiyindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.
Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.
Nigar Yaqublu Meydan TV -yə bildirmişdi ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.
“ASAN xidmət”in əməkdaşı Aygün Hüseynova ilə əlaqə saxlamaq mümkün olmadı. Xanım zənglərə cavab vermədi.
“ASAN xidmət”də olan Meydan TV əməkdaşının verdiyi məlumata görə, hələ də nikah xidmətini yerinə yetirmək üçün heç kim gəlməyib və Nigar Yaqublu nikah masasında əməkdaşın gəlməsini gözləyir.
1 avqustda Seymur Həzi və Nigar Yaqublunun nikahı olmalı idi. Deyilən vaxtda Nigar Yaqublu və yaxınları Bakıxanov rayonunda yerləşən ASAN Xidmətə gəlsələr də, nikah baş tutmayıb. Nigar Yaqublu MeydanTV-yə açıqlamasında deyib ki, ASAN Xidmət nikaha maneə yaradır və Ədliyyə Nazirliyindən belə bir göstəriş gəldiyini bildirir.