Avropa Ukrayna qarşısındakı vədlərinə əməl etmədi və bunun nəticəsidir ki, öz vicdanının cəzasını çəkməkdədir.
Bu fikri Macarıstanın baş naziri Viktor Orban Rumıniyanın Beile Tuşnad şəhərində çıxışı zamanı deyib.
“Agerpress” Agentliyinin verdiyi xəbərə görə, V. Orban çıxışında deyib ki, Ukraynanın ən ağır siyasi problemi Avropanın vicdan problemi ilə bağlıdır:
“Əgər keçən 3 il müddətinə nəzər salsaq, o zaman ancaq faciəni görərik. Ukrayna böyük bir ərazisini, əhalisini itirib. Sabitlik üçünsə hələlik zəmin yoxdur”.
V. Orban əlavə edib ki, Ukraynada həyat səviyyəsi ciddi səviyyədə aşağı düşüb, ölkədə iqtisadi böhran yaşanır:
“Bu problemlərin əsas səbəbkarı Avropanın rəhbərləridir. Ona görə ki, vədlərimizə əməl etmədik. Biz verdiyimiz sözü tutmadıq. Bu artıq bizim vicdan problemimizdir”.