Nazir müavini Yahya Musayev və oğlu E.Musayevin dəyəri 100 minlərlə ölçülən,avtomobil kolleksiyası.

 

OLİQARX NAZİR MÜAVİNİ VƏ OĞLU… – 100 milyonluq biznes və avto kolleksiya – FOTOLAR

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisə ölkə gündəminin əsas mövzusu olaraq qalır. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, çoxlu sayda yaralananlar var. Dövlətə külli miqdarda maddi ziyan dəyməsinə də şübhə yoxdur.
Belə bir hadisənin təxribat nəticəsində, yoxsa səhlənkarliq və ya ehtiyatsızlıq üzündən baş verdiyinə yəqin ki, istintaq aydınlıq gətirəcək. Hərgah ölkədə “gülənçilərə” aid bəzi təsisatların bağlanmasından sonra belə böyük bir partlayışın baş verməsini təsadüfü hesab etməyənlər, bunu FETÖ ilə bağlayanlar da az deyil…1ZX1
Ancaq hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq, zavodda təhlükəsizliyin lazımı səviyyədə təmin edilmədiyi faktı danıılmazdır. Nəzərə alsaq ki, partlayışın zavodda istehsal olunan mərmilərin, məmulatların qorunduğu anbarda baş verdiyi bildirilir, buranın təhlükəsizliyinin necə qorunduğu sualı açıq qalır. Yəqin ki, istintaq bu sualı Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə ünvanlayacaq və ictimaiyyətə də bu barədə məlumat veriləcək.
Hadisələri qabaqlyıb, kimisə ittiham etmək niyyətində olmasaq da, Müdafiə Sənayesi Nazirliyinin (MSN)tabeliyindəki zavodlarda təhlükəsizliyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyinə dair idiaların mövcud olduğunu da qeyd etməliyik.
1Bununla bağlı göndərilən məktubda bildirilir ki, nazir Yavər Camalov MSN-nin tabeliyindəki zavodlarda təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. Bunun üçün lazımı miqdarda vəsait ayrılmasını təmin edir. Ancaq nazir müaviniYahya Musayev bu vəsaitin heç də hamısını təhlükəsizliyin təmin olunmasına sərf etmir. Buna görə də keyfiyyətsiz avadanlıqlar alınır.
Məktub müəlifi partlayışın baş vermə səbəbinin də bununla bağlı olduğunu istisna etmir. Yahya Musayevin əlindəki imkanlardan istifadə edib bunu gizlətməyə çalışacağını iddia edir.
Məktub müəllifi məhz təhlükəsizlikdən və digər istiqamətlərə ayrılmış pullardan “qənaət” edərək, böyük kapitala və biznesə sahib olduğunu bildirir: “ Bunu oğlu Elvin Musayevin dəyəri 100 minlərlə ölçülən, ümumi dəyəri milyondan artıq olan son model avtomobil kolleksiyası da sübut edir (ona aid olduğu idduia eduilən avtomobillərin şəkilləri aşağıda verilir- müəl.)”.
Elvin Musayevə məxsus bütün avtomobillərinin dövlət nömrə nişanlarının 123-lə bitdiyini qeyd edən mənbə, siyahıya onun 100 min dollara aldığı telefon nömrəsini də əlave edib.

elvin2Bundan əlavə Elvin Musayev Azərbaycanın və Avropanın ən bahalı restoranlarında, otellərində 100 minlərlə dollar pul xərcləyir. Hətta bir gecədə 150 min dollarlıq şampan sifariş edərək, əyləncə üçün gənc qızları üzərinə töküb.”– deyə məlumatda bildirilir.

Qeyd edək ki, Elvin Musayevin “facebook” hesanını da  (profil URL)  “elvin 123″ kimi qeydiyyata aldırıb. Və burada onun müxtəlif ölkələrdə çəkilmiş çoxsaylı şəkillərini yerləşdirib(buir hissəsi aşıağıda verilib-müəl.)

Məlumatda diqət çəkən məqamlardan biri də, Musayevlərin nairlidən qazandığı pulların bir hissəsi ilə böyük ailə bisnes qurmaları ilə bağlıdır.Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011 ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yahya Musayevə aid olduğu bildirilir .

Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.
1ZXQBiznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”un rəsmi saytındadakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar
Bundan əlavə Yahya Musayevin nazirlikdən əldə etdiyi pullar hesabına Türkiyədədə 100 milyonlarla dəyəri olan böyük bines qurduğu bilduirlir. Bu biznesin idarəçiliyini isə nazir müavinin Ilqar adlı qaynını həyata keçirir.

Qeyd edək ki,Yahya Musayev bağlı bu çür məlumatlara bundan əvvəl də rast gəlinib. Mətbuatda onunla bağlı yayılan məlumatlarda nazirliyə ayrılan vəsaitlər alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirtdiyinə, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan pulların bir hissəini öz məqsədlərinə yönəltdiyinə dair iddialar var.
Məlumatlara görə, həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”.

dollarMəlumata görə, müdafiə sənayesinin inkişafını təmin etmək, zavodların büdcəyə və banklara olan borclarını dondurmaq üçün dövlət başcısı tərəfindən verilən sərəncamdan Müdafiə Sənayesi Nazirliyinin bəzi rəhbər şəxsləri sui-istifadə edirlər: “Bu sərəncam demək olar ki, zavodları maliyyə böhranından çıxararaq istehsal müəssisələri qurmaq üçün münbit şərait yaradırdı. Təəssüf ki, nazirliyin rəhbərliyi bu imkandan başqa məqsədlər üçün istifadə etdi. Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdırılərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Həmin sənədlərdə sexlər yerləşən binaların damlarının əsaslı təmir olunduğu da göstərilir. Halbuki yağış yağan kimi, sexlərdə bütün avadanlıqlar su altında qalır. Bu da onu göstərir ki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib».
Məlumatlarda bütün bu işlərdə əsas fiqur kimi nazir müavini Yəhya Musayevin adı hallanır.

Bu məlumtların nə qədərinin doğru olduğunu söyləmək əlbətə çətindir. Ancaq Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş partlayışın səbəbləri araşdırlarkən, istintaqın bu iddiaları da nəzərdən qaçırmayaçağına inanırıq.
Eyni zamanda qeyd olunnlarla bağlı Müdafiə Sənayesi Nazirliyinin və şəxsən nazir müavini Yəhya Musayevi dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq.(azpolitika.info)

 

1
234567
1ELVIN
3ELVIN5ELVIN6ELVIN7ELVIN8ELVIN
elvin2elvin

 

Region Xəbərləri.com