Ictimai Xalçaçılar Birliyi təşkilatı QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyilə “Elektron audio-video kitabxana” adlı layihənin icrasına başlamışdır.
Hazırda informasiya müharibəsinin ən yüksək dövrünü yaşadığımız bir zamanda erməni lobbisinin apardığı çirkin təbliğat kampaniyalarına qarşı biz də məhz əlimizdə olan imkanlardan istifadə etməklə mübarizə aparmalıyıq. Azərbaycan hal-hazırda regionun ən inkişaf etmiş ölkəsidir və İnformasiya Kommunikasiya Texnologiyalarının günü-gündən inkişaf edən ən yeni kəşflərindən yararlanır. Ölkəmiz orbitə öz milli Peykinidə buraxmışdır. Bu cür inkişaf etmiş ölkədə yaşayan hər bir kəs bu imkanlardan yararlanmalı və dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmalıdır.
Qarabağ haqqında kifayət qədər materiallar olsa da hələ ki, internetdə müxtəlif dillərdə kifayət qədər məlumat yayılmayıb. Hazırda əsl müharibə virtual aləmdə və dünyanın başa düşdüyü dildə gedir. Azərbaycana məxsus sərvətlərə sahib çıxmamaqla, ermənilərin yazdıqlarını ciddiyə almamaqla, bunlara qarşı mübarizə aparmamaqla biz necə qalib gələ bilərik?
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması, milli adətlərimizin və mədəniyyətimizin qorunub saxlanması sahəsində yuzlərlə layihə və ictimai fəaliyyətlər dəstəklənmişdir. Biz bu gün yalnız öz dövlətimizin daxili imkanlarından, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bizə yaratdığı bu imkanlardan bəhrələnərək yalnız bu və digər vasitələrlə Azərbaycan həqiqətlərini dünyaya çatdıra, milli adət-ənənələrimizi, mədəniyyətimizi beynəlxalq ictimaiyyətə çatdırmağa calışacağıq.
Bu məqsədlə Qarabağ həqiqətlərini bir neçə xarici dildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və erməni vandalizminə beynəlxalq aləmə çatdırmaq istəyirik. Layihə çərçivəsində Azərbaycan dilində “Qarabağ Müharibəsi”, ingilis dilində “War in Karabakh”, rus dilində «Война в Карабахе» elektron audio-video kitabxana bazaları yaradılacaqdır. Bu elektron kitabxana bazalarına həm internet vasitəsilə, müəyyən edilmiş elektron ünvan http://www.qarabagkitabxana.info/en/ saytına daxil olmaqla və yaxud da mobil telefon istifadəçilər android proqramları vasitəsilə də bu ünvana daxil olaraq oradan təklif olunan istənilən dildə yerləşdirilmiş məlumatları izləyə, dinləyə və yükləyə bilərlər.
Ictimai Xalçaçılar Birliyi Mətbuat xidməti