Türkiyənin İstanbul şəhərinin Boğaziçi körpüsünün adı “15 İyul şəhidlər körpüsü” olaraq dəyişdirilib.
Xebername.info”Anadolu”ya isnadan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.
“Bu gün Nazirlər Kabinetinin iclasında İstanbul və Ankarada şəhidlərə bir abidənin ucaldılması müzakirə mövzusu olub. Həmçinin dövlət çevrilişinə cəhd edənlərin ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adının “15 İyul şəhidlər körpüsü” olaraq dəyişdirilməsinə də qərar verilib”, – deyə o bildirib.