“Nardaran işi” üzrə məhkəmədə gərginlik FOTO VİDEO

Fuad TaleBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər – Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə C.Babakişizadə, Ş.Abduləliyev və Ə.Nuriyevin vəkilləri vəsatətlə çıxış edib. Onlar müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Məhkəmə heyəti 14.00-dək fasilə elan edib. Proses fasilədən sonra davam etdiriləcək.

Məhkəməni izləmək üçün Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və xeyli siyasi və ictimai fəallar məhkəmə qarşısına toplaşıb. Liderlərin məhkəmə zalına buraxılmasına maneəçilik yaradılıb. Lakin təqsirləndirilən şəxslərin təkidindən sonra Cəmil Həsənli və Əli Kərimli məhkəmə zalına daxil ola bilib.

 Azadlıq