İlham Əliyev öz aparatının strukturunu yenilədi – yeni təyinatlar


Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olunub.

Struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarılıb.
Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradılıb. Bu şöbəyə Mail Rəhimov müdir təyin olunub.
Qeyd edək ki, M.Rəhimov əvvəllər Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri olub.
Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli  146 nömrəli Sərəncamını “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Komissiyanın üzvləri:
 
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
 
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq  mühafizə orqanları ilə iş şöbəsinin müdiri
 
Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
 
Eldar Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri
 
Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri
 
Səadət Yusifova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
 
Azər Əmiraslanov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri
 
Mail Rəhimov – Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin  İqtisadi siyasət məsələləri şöbəsinin müdiri
 
Əli Hüseynov – Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini
 
Ataxan Paşayev – Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.
2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:
2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. 2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz edilsin;
2.2.2. 4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;
2.3.   3-cü hissə üzrə:
2.3.1. 1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;
2.3.2.  3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılsın.