Belarusiya prezidenti Aleksandr Lukaşenko istirahət gününü tərəvəz və bostan bitkilərini toplamaqla keçirib.
“Xebername.info”nun BELTA-ya istinadən məlumatına görə, ilk olaraq Lukaşenko kiçik oğlu ilə birlikdə kartof yığıb. Onlar 18 sot ərazidən məhsul toplayıblar.
Prezident tərəfindən toplanmış məhsul uşaqlar və qocalar evlərinə paylanacaq.
Xatırladaq ki, Lukaşenko hələ ötən il şəxsi təcrübəsində bu mədəniyyəti inkişaf etdirib təbliğ etdirmək lazım olduğunu sübut etmişdi.
xebername.info