Tanınmış türkiyəli hərbi ekspert Mete Yarar 15 iyul qiyamı zamanı generallardan birinin hərbçi həmkarı tərəfindən güllələndiyini bəyan edib. Sözcü qəzetinin yazdığına görə görə, ekspert bildirib ki, ordu generalı Semih Terzi həmin gecə 20-30 nəfərlik qrupla Ankaradakı xüsusi təyinatlıların komandanlığına gəlib və bundan sonra onun əmrlərinin keçərli olduğunu bəyan edib. Bu zaman komandanlığın əməkdaşlarından olan baş çavuş Ömər Halisdemir silahını çıxararaq generala atəş açıb. Alnından güllə yarası alan S.Terzi hadisə yerindəcə ölüb. Generalı müşayət edən zabitlər daha sonra Ö.Hlisdəmiri güllələyərək qətlə yetirib.
Bildirilir ki, məhz general Semih Terzinin ölümü qiyamın miqyasının daha da genişlənməsinin qarşısını alan amillərdən olub.