“Hakimiyyət gördü ki, zaman-zaman onun sıxışdırdığı media onu qorudu, zaman-zaman onun sıxışdırdığı sosial şəbəkə, azad media, demokratik təsisatlar onun əsas dayağı oldu. Bəzən özünə barışmaz rəqib saydığı müxalifət partiyaları söhbət konstitusiyadan gedincə onun dayağı oldular”, partiya rəhbəri yeni demokratik açılım gözlədiyini dilə gətirir.
Baş vermiş hadisəni “anti konisttusion və demokratiyaya zidd” adlandıran siyasətçi deyir ki, 21-ci əsrdə, “sevib sevməməsindən asılı olmayaraq” seçki ilə hakimiyyətə gələnləri devirmək də “hansısa hərbinin işi deyil, xalqın seçimi olmalıdır”.
“Bu həm Türkiyənin, həm də xarici ölkə silahlı qüvvələrinə bir mesaj olacaq ki, müasir dünyada xalq ən böyük gücdür və ona qarşı hər hansı hərbi birliklərlə əl qoymaq olmaz”, o əlavə edir.
Partiya sədri fikirləşir ki, Türkiyədə baş verən hadisə “Azərbaycan da öz xalqına və onun gücünə inanmalıdır” mesajını ötürüb.
“Heç bir qüvvə öz silahına güvənib xalqa nə isə diktə edə bilməz. Xalqlar istəmədikcə onları kimsə ram edə bilməz, xalqlar istəmədikcə heç kim onu məğlub edə bilməz. Bizim xalqın almalı olduğu mesaj özünə inam olmalıdır.”
O fikirləşir ki, bundan sonra Türkiyə höküməti həddindən artıq sərt olmamaq mövqeyi götürəcək və “çətin vəziyyətdə hakimiyyətə dəstək göstərən” müxalifətə “minnətdar” olacaq.