Mütəmadi siyasi böhran və mübarizə, siyasi cərəyanlar arasında qarşıdurma, terror aktı və ölkəni dağıtmaq cəhdlərinə görə Erdoğanın indiki hakimiyyətini “ən mürəkkəb dövr” hesab edən siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, çevrilişi iki cür yozmaq olar.
“Avtoritar ölkələrdə adətən vaxtarışı önləyici addım atırlar, çevriliş olmadan da deyirlər cəhddir. Bəlkə də hərbçilər həqiqətən də Erdoğanın Mustafa Kamaldan döndüyünü, başqa səmtə getdiyini görüb çevriliş etmək istəyib”, deyə təhlilçi hər iki variantın mümkünlüyünü istisna etmir və bunları “siyasi rəqibləri meydandan atmaq üçün addım” kimi dəyərləndirir.
Cənab Əlizadə əmin edir ki, bu hadisə Erdoğanın siyasi hakimiyyətinin “möhkəmləndirməsinə və uzanmasına” xidmət edir. İndi o, “girəvədən istifadə edərək” bir çox siyasi rəqiblərinin “başını yiyəcək”.
“Bundan əvvələ qədər keçirə bilmədiyi, prezident hakimiyyətinin gücləndirilməsi, konstitusiyanın dəyişməsi, islami ünsürlərin gücləndirilməsi. Bu, çevriliş cəhdi bunların hamısını həyata keçirmək üçün gözəl fürsət verir”, o çevrilişə cəhdin “həqiqi olub olmadığından” əmin olmadığını deyir.