Cənab Həsənli qətiyyətlə çevrilişə cəhdin “qurama olmasına inanmır”.
“Biz çevriliş cəhdi ilə bağlı üzdə olan məsələləri bilirik. Bu hərbi çevriliş cədhinin alt yapısında olan məsələləri ətraflı bilmirik. Istənilən halda seçki yolu ilə seçilmiş hakimiyyətin uzaqlaşdırılması və hərbi hakimiyyətin qurulması həm ölkənin özü və region üçün yaxşı şey vəd etmir.”
Baş verən hadisələrin içində “Türkiyənin 3 böyük komutanlığı var” deyən tarixçi onların kifayət qədər nüfuzlu hərbçi və general olduğunu qeyd edərərk “bunlar niyə rol oynamalı və öz həyat və karyerasını bu oyna qurban verməlidir” sualını verir.