Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-dan tələb edib ki, Fethullah Gülen ekstradisiya edilsin.
Cənab Erdoğan cümə günü baş verən çevriliş cəhdində cənab Güleni ittiham edir.
İstanbulda keçirilən mitinqdə çıxış edən Türkiyə prezidenti deyib:
- “Pennsylvaniadakı bu zatı artıq Türkiyəyə təslim edin. Əgər biz strateji müttəfiqiksə, o zaman müttəfiqinizin bu tələbini lütfən yerinə yetirin deyirəm. Amerikaya səslənirəm. Siz bizdən hansı türrorçunu istədinizsə biz sizlərə təslim etdik“.