Şimali Koreya, ABŞ və Cənubi Koreyanın hər il təşkil etdiyi ortaq hərbi manevrin dərhal ləğv edilməsini istədi, ABŞ-ı “işğal” etməklə təhdid etdi. Cənubi Koreya, Şimali Koreyanın təhdidlərinə qarşı hərbi hazırlıqların davam etdirilməsini istədi.
Şimali Koreya Müdafiə Komitəsi spikeri, ABŞ və Cənubi Koreyanın “Ulchi Azadlıq himayədarı” adlı ortaq hərbi manevri dərhal dayandırmasını istədi. Şimali Koreyalı spiker, ortaq hərbi manevrin ləğv edilməməsi halında ABŞ-ın “işğal” ediləcəyini ifadə etdi. Ölkəsinin ötən illərə görə daha güclü bir müdafiə sisteminə sahib olduğunu ifadə edən Şimali Koreya spikeri, “Dünyanın xəbərdar olmadığı müdafiə və hücum silahlarına sahibik” dedi.
Cənubi Koreyada SERT CAVAB
Şimali Koreyanın bu təhdidi sonrası bir açıqlama da, Cənubi Koreyadan gəldi. Koreya yarımadasında artan gərginlikdən duyduğu narahatlığı dilə gətirən Cənubi Koreya Dövlət Başçısı Park Geun Hye, Şimali Koreyanın təhdidlərinə qarşı hərbi hazırlıqların davam etdirilməsini istədi.
Cənubi Koreyadakı “Yonhap” xəbər agentliyi, Parkın konfransda, adada getdikcə böyüyən gərginlik qarşılığında, “Şimali Koreyanın təhdidlərinin artdığı dövrdə vətəndaşlarımızın həyatlarını və mülklərini qorumaq üçün ordu olaraq güclü bir şəkildə hazır olmalıyıq” dediyi bildirilir. Cənubi Koreya və ABŞ-ın hər il təşkil etdiyi və 12 gündə 50 min Cənubi Koreya, 30 min ABŞ əsgərinin qatıldığı, dünyanın kompüter dəstəkli ən böyük ortaq hərbi manevri “Ulchi Azadlıq himayədarı” Şimali Koreyanın təhdidlərinə baxmayaraq təlimə başladı.
“Manevr DEYİL, döyüş hazırlığı” olduğu bildirilir
Seul rəhbərliyi və ABŞ, Cənubi Koreyada təşkil edilən manevrin müdafiə məqsədli olduğunu ifadə edərkən, Pyongyang bu böyüklükdə bir manevrin döyüş hazırlığı olduğunu ifadə edir. Cənubi Koreyadakı BMT Komandirliyi, 4 avqustda Koreya dövlətləri arasındakı 4 kilometrlik sərhəd bölgəsinin cənubunda Cənubi Koreyalı iki əsgərin ağır yaralanmasına səbəb olan partlayışdan Şimali Koreyanın məsul olduğunu açıqlamışdı.
“Təsadüfi hava hücumu” təhdidi
Seul, Şimala əvəzini ödətdirəcəyini ifadə edərək, 11 il sonra ilk dəfə sərhəd bölgəsində Pyongyang əleyhdarı təbliğat yayımı etməyə başlamışdı. Bunun üzərinə Şimali Koreya, Seulun təbliğat yayımını sonlandırmaması halında təsadüfi hava hücumları etməklə təhdid etmişdi.
Mətləb BALAKİŞİYEV