CIA Başçısı Brennanın “gizli Vəhhabi” olduğu açıqlandı

brennanNSA-nın (Milli Təhlükəsizlik Agentliyi) köhnə agenti, yalnız müsəlmanların ziyarət etdiyi bir yer olan Məkkəyə indiyə qədər girə bilən tək Amerikalı səlahiyyətlinin Brennan olduğunu diqqətə çatdırdı.

Amerikalı bir kəşfiyyat mütəxəssisi, CIA (Mərkəzi Kəşfiyyat Agentliyi) başçısı John Brennanın bir “Vəhhabi” olduğunu iddia etdi. ABŞ Milli Təhlükəsizlik Təşkilatı NSA-nın köhnə agenti Wayne Madsen, “Yezuitlər” tərəfindən idarə olunan bir Katolik məktəbində təhsil alan CIA sədrinin daha sonra “Vəhhabi” olduğunu açıqladı. CIA-dan “Ağ ev”-ə keçərək, ABŞ prezidenti Barak Obamanın Milli Təhlükəsizlik müşaviri vəzifəsini yerinə yetirən Brennan, daha sonra da CIA-in “baş idarəçisi” olmuşdu. Wayne Madsen, bütün köhnə CIA başçılarının “İncil”-ə əl basaraq and etmələrinə baxmayaraq, Brennanın Federal Konistitutsiyaya əl basaraq and etdiyini ifadə etdi. Madsen, yalnız müsəlmanların ziyarət etdiyi bir yer olan Məkkəyə indiyə qədər girə bilən tək Amerikalı səlahiyyətlinin Brennan olduğunu da, qeyd etdi. Madsen, Amerika rəsmi və bürokratik yazışmalarda “cihad” sözünü qadağan edib “həddi aşanlar” ifadəsinin istifadəyə gətirən adam olaraq John Brennanı göstərdi.

 

Mətləb BALAKİŞİYEV