Türkiyədə dövlət çevrilişinə cəhd olunub.
Müxalifət partiyaların liderləri hökumətə dəstək verdiklərini açıqlayıb.
CHP lideri Kamal Kılıçdaroğlu Türkiyədə baş verən dövlət çevrilişi ilə bağlı bunları deyib: “Bu ölkə hərbi çvrilişdən çox əziyyətlər çəkib. Həmin sıxıntıların yenidən yaşanmasını istəmirik. Demokratiyaya sahib çıxacağıq”.
Qeyd edək ki, MHP lideri baş nazirə zəng vuraraq:“Dövlət çevrilişi qəbul edilməzdir. Bu qarışıqlıqda hökumətin yanındayıq” deyə bildirmişdi.