“Ən üstün dəyər insan həyatıdır. İnsan həyatını öz cılız maraqlarına qurban verənlər güclü, qətiyyətli görünə bilərlər. Amma uğur da, inkişaf da, gələcək də insanın yaşamaq haqqını ən ali hüquq sayanlarındır”
Müsavatın eks-başqanı İsa Qəmbər Nitsa şəhərindəki terrorla bağlı bildirib. İ.Qəmbərin sözlərinə görə, tarix boyu böyük mütəfəkkirlər insanın toxunulmazlığı, bir insan həyatının hər cür müharibə səbəblərindən önəmli olması kimi humanist fikirlər yayıblar: “Demək olar ki, bütün dinlər “insanı öldürmə” deyiblər. Biz bəşər övladı olaraq, insan həyatının hətta bir mamontun ətinin bir tikəsi qədər qiymətləndirilmədiyi ibtidai icma dövründən – demokratik ölkələrdə insan həyatının hətta dövlət marağından üstün qiymətləndirildiyi bu günə kimi nəhəng bir yol keçmişik”. Qeyd edək ki, Fransada baş verən terrorda 84 nəfər ölüb, yüzlərlə yaralı var.