Misirdə çevirilişlə vəzifəsindən uzaqlaşdırılan, demokratik yollarla seçilmiş ilk prezident Məhəmməd Mursi və 10 adamı “Qatar adına casusluq” ittihamı ilə mühakimə olunduğu məhkəməsinə davam edildi.
Mühakimə qaynaqlarından alınan məlumata görə, Qahirə Cəza Məhkəməsi, davayla əlaqədar bəzi səlahiyyətlilərin istirahət etməsi üçün məhkəmə 18 Avqust çərşənbə axşamı gününə qədər təxirə salınmasına qərar verdi.
Çərşənbə axşamı günü ediləcək məhkəmədə Mursi dövrünün Prezident Məhkəmə sədri Rifaa et-Tahtavinin, 20 avqustda Milli Təhlükəsizlik Təşkilatı Başçısı Xalid Sərvətin, 22 avqustda Kəşfiyyat Başçısı Rafet Şehatenin, 24 avqustda Kəşfiyyat Vəkili Usamə Səidi , 27 avqustda İnzibati Nəzarət heyəti Başçısı Məhəmməd Ömər Vehbinin, 30 avqustda Respublika Gözətçiləri Komandiri Məhəmməd Zəkinin və 1 sentyabrda köhnə Savaş Kəşfiyyatı Vahidi Başçısı indiki Baş qərargah Başçısı Mahmud Hicazinin məhkəmədə danışdırılacağı ifadə edildi.
Misirdə 3 iyul 2013-dəki zərbəylə vəzifəsindən uzaqlaşdırılan Mursi haqqında bir neçə mühakimə açılmışdı.
“Həpisxanalar basqını” mühakiməsində Mursinin yanında, bir çox İhvan idarəçisinin də aralarında olduğu 100 adama edam hökmü vermişdi. 21-ini ömürlük, 8 adama isə 2 il həbs cəzası verən məhkəmə, “casusluq” məhkəməsində 16 adam haqqında edam hökmü vermişdi. Bu məhkəmədə Mursi daxil 17 adam isə ömürlük həbs cəzası almışdı.
Daha əvvəl mühakimə olunduğu və ictimaiyyətdə “İttihadiyye Hadisələri” adıyla bilinən məhkəmədə 20 il həbsə məhkum edilən Mursi haqqında, “Qatar adına casusluq” və “mühakiməyə təhqir” ittihamı ilə açılan məhkəmə davam edir.
Mursi və 10 adam “Qatar adına casusluq” iddiasında, ölkənin kəşfiyyat nümayəndələri, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Təşkilatından çıxan çox gizli hesabatları ələ keçirmək və bunu Qatara ötürməkdə günahlandırılır.
Mətləb BALAKİŞİYEV