Ankara NATO-nun İŞİD-ə qarşı İraqda həyata keçirdiyi əməliyyatların bir parçası olan 250 alman əskərinin Almaniya məclisinin üzvləri tərəfindən ziyarət edilməsinə icazə vermir. Türkiyə bu qadağanı Almaniya məclisinin 1915-ci il hadisələrinin soyqırım kimi qəbul olunmasına cavab olduğunu bildirir.
Reutersin xəbərinə görə, Almaniya baş nazirinin köməkçisi Sigmar Qabriel Ankaranın addımlarına adekvat cavab verəcəklərini açıqlayıb: “Əgər parlament üzvlərinə qarşı əngəllər davam edəcəksə, əsgərlərin “İncirlik” hərbi bazasında qalmasının bir mənası olmayacaq”, deyə Sigmar Qabriel bildirib.