İŞİD bombaçılarını “Azərbaycandan Avropaya göndərir”

Türkiyənin Milliyet qəzetinin kəşfiyyat orqanlarına istinadən verdiyi məlumata görə Suriyada özünü İslam Dövləti (İD) adlandıran qruplaşma, bombaçılarını Azərbaycan, Kipr və Gürcüstan keçən yeni yol vasitəsilə Avropaya göndərir.

Qəzetin bildirdiyinə görə, xarixi kəşfiyyat xidmətləri ilə əlaqələsi olan Türkiyə xüsusi xidmət orqanları İD-nin Azərbaycan və Şimali Qafqazdan olan döyüşçülərinə Türkiyə və Azərbaycanda partlayışar törətməyi tapşırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev xəbərlərə münasibət bildirməkdən imtina edib.

İD-nin Suriya və İraqda nəzarət etdiyi əraziləri itirməsi Yaxın Şərq və Avropada dinc sakinləri hədəfə almasına təkan verib və bu cür hücumların artacağı gözlənilir, məlumatlarda deyilir.

Türkiyə Ümumi Təhlükəsizlik Direktorluğu (EGM) xəbərdarlıq yayaraq bildirib ki, Azərbaycan və Şimali Qafqazdan olan İD basqınçıları Türkiyə və Azərbaycanda hücumlar törətməyi planlaşdırırlar.

Silahlılar Azərbaycanda polis işçiləri və onların ailələrinə hücum etməyi planlaşdırıblar, məlumatda deyilir.

İyunun 28-də İD-nin İstanbul Atatürk Hava Limanında törətdiyi partlayışnəticəsində 45 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.