Tədbir iştirakçıları şəhidə ”Milli Qəhrəman” adı verilməsilə bağlı hazırlanan müraciəti imzalayıblar
İyulun 12-də aprel döyüşlərində şəhid olan polkovnik-leytnant Raquf Orucovun doğum günü ilə əlaqədar Sumqayıt Şəhidlər Xiyabanında anma mərasimi keçirilib.
Meydan TV əməkdaşının məlumatına görə, tədbirdə şəhidin yaxınlarıyla bərabər ictimai-siyasi təşkilatların nümayəndələri, fəallar, Ağdam və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinin rəsmiləri iştirak ediblər.
Mərasimi açan şəhidin qardaşı Zabil Orucov bildirib ki, dünya Azərbaycan hərbçilərinin 2-5 aprel döyüşlərində göstərdiyi şücaətdən xəbərdardır: “Döyüşlərdə qəhrəmanlıq göstərənlərdən biri də 26 il hərbidə olmuş, təkcə bir ailənin yox, bir elin oğlu polkovnik-leytenant Raquf Orucovdur. Mənim üçün “Allah rəhmət etsin” kəlməsi qəbuledilməzdir, çünki Raquf bizimlə bir yerdədir. Azərbaycanda çox insanlar vəfat edib, amma yeganə şəhidlərdir ki, onlar dövlətimizin atributu olan üçrəngli bayrağa bükülərək torpağa qoyulur. Vəzifəsindən asılı olmayaraq hər birimiz aprel döyüşlərində şəhid olmuş şəxslərə borcluyuq”.
Zabil Orucov deyib ki, qardaşını 1997-ci ildə hərbi məktəbə dərs deməyə göndərəndə, onu tez-tez görəcəklərinə seviniblər: “Amma Müdafiə Nazirliyinə ərizə yazıb imtina etdi və yenidən cəbhənin ən ağır hərbi hissəsinə qayıtdı. O, yaralı düşməni çiynində gətirmişdi ki, 8 əsgərimizi əsirlikdən qaytara bilək. Azərbaycanda ilk dəfə düşmənin hərbi hissəsini Raquf Orucov lentə almışdı, 1995-ci ildə”.
O, dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onlara göstərdiyi qayğıya görə təşəkkürünü bildirib: “Mehriban xanım bizi yüksək səviyyədə qəbul etdi, Raquf bəyin həyat yoldaşı Sevinc xanımın dərdlərinə şərik oldu, qardaşımız üçün göz yaşı tökdü. Bizim nəsildən 3 şəhid olub, ikinci qrup Qarabağ əlili atam Raqufun şəhid olmasından sonra danışıq və yerimək qabiliyyətini itirdi, mən ailəmizin, elimizin adından Ali Baş Komandan xahiş edirəm ki, qardaşımın hərbi fəaliyyəti, keçdiyi çətin döyüş yolları araşdırılsın. Xalqın ona verdiyi milli qəhrəman adı sənədləşsin, dövlətimizin möhürü vurulsun”.
Tədbirdə iştirak edən Ağdam rayonunun sabiq icra başçısı Nizami Sadıqov deyib ki, rayona rəhbərlik etdiyi zaman ayda 2-3 dəfə Raquf bəylə görüşüb, hərbçilərin qayğılarıyla maraqlanırmış: “O, əsgərlərini çox sevən komandir idi. Hər görüşümüzdə ondan soruşardım: “Müharibə başlasa, nə qədər gedə bilərsiniz?” Cavab verirdi ki, əgər Ali Baş Komandan əmr versə, bir sutkaya Ağdamı azad edə bilərik”.
Zabil Orucov.
Sonda tədbir iştirakçıları Raquf Orucova “Milli Qəhrəman