Birinci liqada oynayacaq daha bir klub məlum olub, bu “Xudafərin Cəbrayıl”-dı.
“Xebername.info” xəbər verir ki, futbol üzrə Azərbaycan çempionatının 1-ci dəstəsində yeni klub iştirak edəcək. Bu klub erməni işğalçılar tərəfindən 1993-cü il 23 avqust tarixində zəpt edilən Cəbrayıl rayonunu təmsil edəcək.
Əldə edilən məlumata görə, klub artıq hazırlığa start verib. Cəbrayıllılar torpağları işgal edildikden sonra, futbolu unutmaq məcburiyyətində qalsalar da, klubu yenidən 2000 ci ildə bərpa ediblər. Lakin, “Xudafərin” son 15 ildə daha cox uşaq futbolunda fəaliyyət gösdərib. Futbol cəbrayıllılar üçün hər zaman sevilən idman növu olub. Cəbrayıl rayonundan olan futbolçular həmişə ölkə çempionatında top qovub. İndi məqsəd yeni sezonda 1-ci liqada iştirak etməkdir. Avqustda rayonun ermənilər tərəfindən işğalının 22-ci il dönümü ərəfəsində belə bir xəbər Cəbrayıll camaatı üçün təsəlli olacaq.
Elnur ORUCLU