“Leyla Yunus və Arif Yunusla bağlı xəbərləri oxudum və fotonu gördüm. Sizə səmimi deyirəm mən Leyla və Arif Yunuslarla bağlı nə məhkəmə qərarının ədalətə söykəndiyinə, nə onların erməni “şpionu” olmalarına ,nə də vergi dələduzluqlarına inanıram”.
“Xebername.info” AzadXeber.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin “Star” qəzetinin köşə yazarı, tanınmış jurnalist Sevil Nuriyevə özünün facebook hesabında qeyd edib. O, bu hökmdən utandığını bildirib: “Ədaləti ayağının altına alan hüquq başdan-başa cəzadır cəmiyyətə. Leyla Yunusun mövqeyini qəbul edib etməmək başqa məsələdir. Amma bir qadına bu dərəcədə zülm utancvericidir. Bir ana, bir qadın, bir vətəndaşı bu qədər əzmək, əzənin qəddarlığını sadəcə göstərmir, həm də cəmiyyətin müstəqil söz söyləyən insan varlığını da yox edir”.
S.Nuriyeva qeyd edib ki, Leyla Yunusun son sözlərini oxudum və ağladım: “Yetər artıq, yetər. Lap tutalım siz deyəndir. “Agentdir”. Bu zəkaya sahib qadın agent olmaq istədi də, qosqoca ABŞ-ı qoyub, Avropanın dövlətlərini qoyub, əlində ölən Ermənistana agent oldu eləmi? Nə deyim sizdə olan məntiqə”.
“Elə dəyərlər var ki, onlar ucuz variantlar üçün istifadə edildikdə yox olur. Vətən, yurd, dövlət kim dəyərləri yetər ucuz tutdunuz. Bu dəyərlər “şpion” tamaşasına qurban verilməyəcək qədər müqəddəsdir. Bu qərar ədalətli deyil. Bu qərar insani deyil. Bu qərar ənənələrimizə uyğun deyil. Bir qadın, bir ana bu münasibətə layiq deyil”,-deyə jurnalist yazıb.
xebername.info