Shell Azərbaycandakı “ofisini bağlayır”

Royal Dutch Shell şirkətinin törəməsi olan Shell Business Development Central Asia B.V şirkəti Azərbaycanda öz ofisini bağladığını elan edib, xəbərlərdə deyilir.

Vergilər nazirliyinin qəzetinə istinadən yayılan məlumatda şirkətin kreditorlara müraciət etdiyi xəbər verilir.

Şirkətin yerli ofisi “Trend” agentliyinə məlumatı təsdiqləyib.

Shell Azərbaycandakı İnam yatağında 5 faizlik paya sahibdir.

Fortune jurnalının son reytinqinə görə Shell dünyanın ən iri 500 şirkəti arasında üçüncü yeri tutur.

Hərçənd ki, neft qiymətlərinin düşməsindən sonra onun gəlirləri azalıb.

Ötən il şirkət neftin ucuzlaşmasının təsirini azaltmaq üçün qənaət tədbirlərini elan edib.