Vəkilin sözlərinə görə, Q.İbrahimov saxlanma şəraitindən də şikayət etməyib.
“Gənc fəal Qiyas İbrahimov özünü normal hiss edir”, bunu gənc fəallın saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkili Nemət Kərimli deyib.
Vəkilin sözlərinə görə, Q.İbrahimov saxlanma şəraitindən də şikayət etməyib.
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıblar.Onların keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə, həbs edildiyi söylənir.
Ancaq hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.
Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu deyilənləri təkzib edib. (Azadlıq radiosu)