İmişlidən sonra Saatlıda da, sessiya keçirildi

IMG_1183“Xebername.info ““Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası  İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İmişlidən sonra da, avqustun 14-də  Saatlı rayonunda, aqrar sektorda səmərəli biznesin təşkilinə dair  məlumatlandırma sessiyası keçirilmişdir. Sessiyada mövzu ilə əlaqədar bir çox vacib məsələlərə toxunulub. 

“Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası  İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən əldə olunan xəbəri olduğu kimi təqdim edirik:

“Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyi 14 avqust 2015-ci ildə Azərbaycan Respublikasıının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi  “Regionlarda fermerlər üçün səmərəli biznesin təşkilinə dair məlumatlandırma sessiyalarının təşkili: Qanunvericilik imkanları və reallıqlar layihəsi çərçivəsində Saatlı rayonunda məlumatlandırma sessiyası keçirmişdir. Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında aqrar sektorun inkişafına yardım etməkdən ibarətdir.IMG_1184

IMG_1186

IMG_1188

Saatlı rayonunda təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi, aqrar şöbənin əməkdaşları, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər, bələdiyyə üzvləri, icra hakimiyyətinin qəsəbə və kəndlər üzrə nümayəndələri, o cümlədən gənclər iştirak etmişlər. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin müavini Heydər müəlim açdı, daha sonra təşkilatın rəhbəri Musa İsgəndərov çıxış edərək təşkilat və layihə haqqında məlumat verdi. M.İsgəndərov kənd təsərrüfatı ilə bağlı məsələlərin təşkiılatda prioritet olduğunu bildirdi. Bundan sonra kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadçı Əziz Əzizov aqrar sektorun mövcud durumundan, qanunvericilik imkanlarından və həyata keçirilən islahatlardan danışdı. Əziz müəllim ölkə prezidentinin 2015-ci ili Kənd təsərrüfatı ili kimi qeyd etməsini bildirərək hökumətin bu sahəyə diqqət göstərdiyini vurğuladı. Mütəxəssis daha sonra bildirdi ki, mövcud problemlərin həlli üçün toxumçuluq işinə xüsusi diqqət yetirilməli, subsidiyaların həcmi genişlənməli və kooperasiyalar yaradılmalıdır.

Daha sonra söz alan tədqiqatçı R.Təmrazov aparılan tədqiqatların nəticələrindən nümunə gətirərək kiçik və orta sahibkarlığın inkişafının zəruri olduğunu vurğuladı.

Tədbir iştirakçıları müzakirəyə qoşularaq aqrar sektorda servis işinin təşkil olunmasının, güzəştli kreditlərin verilməsinin, fermerlərin bazara çıxış imkanlrının genişləndirilməsinin vacibliyindən danışdı.

Daha sonra tədbir iştirakçıları mövzuyla bağlı suallar verdilər və bu cür tədbirlərin davamlılığının zəruri olduğunu qeyd etdilər.

 

xebername.info