“Erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin iclasında səsverməyə çıxarılmayıb.
Bunu Təl-Əviv erməni patriarxiyasının diplomatı Koryun Ata deyib.
O bildirib ki, iclas zamanı “erməni soyqırımı” məsələsi müzakirə edilib: “Amma səsverməyə qoyulmayıb. Çünki hökumət nümayəndəsi təhsil Komissiyasında bəzi məsələlərin müzakirə olunmasını təklif etdi”.
Xatırladaq ki, İsrail parlamentinin üzvü Robert İlatov ANS TV-yə bunun sadəcə bir qrup erməniyönümlü deputatın iddiası olduğunu və heç bir hüquqi əsasa malik olmadığını demişdi. (Virtualaz.org)