Yunanıstanda 3. qurtarma paketi etiraz edildi

скачанные файлы (9)Yunanıstanın paytaxtı Afinada, hökumət tərəfindən qəbul edilən 3. qurtarma paketinə qarşı etiraz aksiyası təşkil edildi.
Afinanın Omonia Meydanında toplanan Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı PAME (Panellen Mübarizə Cəbhəsi), ADEDY (Yunanıstan Cəmiyyət işçiləri Federasiyası) və müxtəlif sol qruplar parlament binasının da olduğu Sindagma Meydanına yığışıb.

Əllərində PAME yazılı bayraqlar daşıyan nümayişçilər, “Yeni barbar memorandumuna xeyr”, “Böhranı plütokratlar ödəsin”, “Plütokrat üçün başqa fədakarlıq yoxdur”, “AB ilə IMF memorandumlarına xeyr” və “Məhv olsun memorandum və neoliberal siyasətlər” şəklində şüarlar səsləndiriblər.

Sıx təhlükəsizlik tədbirləri altında reallaşan nümayiş qalmaqalsız bir şəkildə sona çatıb.

86 milyard avro məbləğində 3. qurtarma paketiylə əlaqədar qanun layihəsi bu gün Yunan parlamentində səsə qoyulacaq. Parlamentdəki danışıqların gecənin irəliləyən saatlarında nəticələnməsi gözlənilir.

Parlamentdə 3. qurtarma paketi keçdikdən sonra cümə günü Avro qrupu konfransında araşdırmağa alınacaq. 18 avqusta qədər isə Avro bölgəsi ölkələrinin parlamentlərində səsvermə prosesi başlayacaq.

 

Mətləb BALAKİŞİYEV