“Sərhədsiz Reportyorlar” Qənimət Zahidin qohumlarına azadlıq tələb edir

serhedsiz reporter“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) mühacirətdə yaşayan azərbaycanlı jurnalist Qənimət Zahidin qohumlarının məhkum edilməsilə bağlı bəyanat yayıb.

Bu həftə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hər biri 6 il azadlıqdan məhrum edilib. Onlar narkotik maddə saxlamaqda təqsirli bilinib. Özləri isə günahsız olduqlarını, məhz Qənimət Zahidin qohumları olduqlarına görə həbsə atıldıqlarını bildirirlər.

qanimat-zahid-yeni