Bir ildə 337 nəfər intihar edib

Az.Today.az  2015-ci ildə Azərbaycanda baş verən intiharlarla bağlı xüsusi araşdırma aparıb. Yalnız rəsmi mənbələrin açıqladığı məlumatlar əsasında ortaya çıxan statistika belə olub:images (4)

Ötən il 337 intihar faktı qeydə alınıb. Bunun 230 nəfəri kişi, 91-i qadın, 16-sı məktəbliolub. Rəsmi məlumatlara görə, 369 nəfər intihara cəhd edib. 221-i kişi, 138-si qadın, 10-u məktəblidir. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu yaxınlarda isə deyib ki, 2015-ci ildə sui-qəsd xarakterli zəhərlənmələr 1 030 nəfər təşkil edib. O, qeyd edib ki, il ərzində 2 mindən çox şəxs Toksikoloji mərkəzinə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnib. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhərlənmələri nəticəsində olur…