Daha bir uşaq ölümü Masallıda qeydə alındı
İyunun 27-də Masallı rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü faktı qeydə alınıb. Rayonun Masaküçə kənd sakini Gülnar Əkbərlinin dünyaya gətirdiyi körpə doğuşdan 15 dəqiqə sonra vəfat edib.
Meydan TV-yə məlumatı Gülnar Əkbərlinin atası Mirzə Əkbərov təsdiqləyib.
Onun sözlərinə görə, doğum evinin həkimləri Əkbərli ailəsinə deyiblər ki, körpə ciyərlərinin işləməməsi nəticəsində dünyasını dəyişib.
Doğum evindən faktı təsdiqləyiblər.
Mirzə Əkbərov onu da əlavə edib ki, şikayətçi olmayacaqlar.