Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb. 27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşova danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir. Belə ki, hamiləliyinin 6-cı aylında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub. Günay özü isə iyunun 14-də həyatını itirib. “Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır” – deyə Nigar Dadaşova bildirib. (gununsesi.info)
Related Posts
“Bu işi Avropa Məhkəməsinədək qovacağam”
- admin
- 07/12/2017
- 0
Azadlıq qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov həbsdən çıxdıqdan sonra, AzadlıqRadiosu-na danışıb.O, açıqlamasında vurğulayıb ki, cəzasının 39 gününü Qaradağdakı […]
Əli Mirəliyev “İ.Quliyevanı öldürən şəxsin oğlu Orxan Nadirov olduğunu deyib”.
- admin
- 03/05/2016
- 0
Mərhum Xalq artisti İlhamə Quliyevanın dayısı oğlu, müğənni Əli Mirəliyev yenidən qalmaqallı açıqlamalar verib. Qaynarinfo.az-ın […]
İlqar Məmmədovun məhkəməsinin vaxtı bilindi
- admin
- 12/08/2018
- 0
REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəməsinin vaxtı müəyyənləşib. Xebername.info Qafqazinfo-ya istinadən xəbər verir ki, […]