Texniki Universitetin tələbələrinin 300 min manat borcu var; fantastik qiymətlər tələbələri ali təhsili yarımçıq qoymağa məcbur edir
Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin bu təhsil ocağına 300 min manat borcu var. Report-un xəbərinə görə, bu barədə universitetin rektoru, professor Havar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu ilin yanvar ayında ödənişini ödəyə bilməyən tələbələr imtahan sessiyasına buraxılsa da, hazırda tədris ilinin sonu olduğu üçün qaydalar bir qədər sərtləşdirilib: “Biz özümüz-özümüzü maliyyələşdiririk. AzTU-da tələbələrin 37 faizi dövlət sifarişi ilə təhsil alır. Qalan 63 faiz tələbə öz hesabına oxuyur. Onlar təhsil haqqını ödəmədikdə müəllimlərin əmək haqqının verilməsində problemlər yaranır”.
AzTU-da 9 600 tələbə təhsil alır. Təhsil haqqının orta hesabla 1000 manat olduğunu nəzərə alsaq 300 tələbənin ali təhsilini yarımçıq qoymaq təhlükəsilə üzləşdiyini deyə bilərik. Qeyd edək ki, indiyə qədər 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoyub. Bundan başqa ödənişli əsaslarla ali məktəbə qəbul olunan minlərlə abituriyent imkansızlıqdan oxumaqdan imtina edib.
Bu arada fins.az saytı Azərbaycan universitetlərində təhsil haqları barədə siyahı dərc edib. Həmin siyahını diqqətə çatdırırıq:
ADA Universiteti:
Bakalavr təhsili
Beynəlxalq əlaqələr – 6 min manat
beynəlxalq təhsil fakültələrində – 6 min manat
Biznesin idarə edilməsi – 6 min manat
kompüter elmləri – 6 min manat
kompüter mühəndisliyi – 6 min manat
informasiya texnologiyaları – 6 min manat
sistem mühəndisliyi – 6,5 min manat
Magistr təhsili
Təhsilin idarə olunması – 5,5 min manat
Diplomatiya və beynəlxalq münasibətlər – 6,5 min manat
Ictimai siyasət fakültələrində – 6,5 min manat
Biznesin idarə edilməsi (MBA) – 8,5 min manat
EMBA – 28 min manat
Dillər Universiteti
Fakültələr üzrə illik təhsil haqqı 1 – 2,5 min manat arasında dəyişir. Ən yüksək təhsil haqqı olan fakültələr:
Regionşünaslıq – 2,5 min manat
Beynəlxalq münasibətlər – 2,5 min manat
Ingilis dili müəllimliyi – 2,5 min manat
Ingilis dili filologiyası – 2,5 min manat
Ingilis dili tərcümə – 2,5 min manat
Ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardır – 1000 manat.
Texniki Universiteti
Menecment fakültəsi – 1600 manat,
Avtomatika fakültəsi – 1600 manat,
Maşınqayırma fakültəsi – 1500 manatdır.
Dövlət Idarəçilik Akademiyası
Kompüter elmləri – 2000 manat
Politologiya – 2500 manat
Siyasi Elmlər – 2500 manat
Beynəlxalq münasibətlər – 2500 manat
Hüquqşünaslıq – 2500 manat
Dövlət və bələdiyyə idaretməsi – 2500 manat
Menecment – 2500 manat
Iqtisadiyyat – 2500 manat
Neft və Sənaye Universiteti
Kompüter elmləri ixtisası – 1800 manat
Kompüter mühəndisliyi ixtisası – 1800 manat
Informatika texnologiyası ixtisası – 1800 manat
Sənayenin təşkili və idarə olunması ixtisası – 1800 manat
Dünya iqtisadiyyatı – 1800 manat
2 beynəlxalq proqram üzrə pullu təhsil:
ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen universitetinə hazırlıq üzrə aparılan ixtisaslar -1800 manat
Digər ixtisaslarda isə təhsil haqqı 1600 manatdır.
Xəzər Universiteti
Humanitar və sosial elmlər – 2500 manat
Iqtisadiyyat – 4000 manat
Təhsil – 3500 manat
Mühəndislik – 3500 manat
Göstərilən ixtisaslat üzrə magistr təhsili isə 3000 manatdır.
Tibb Universiteti
Müalicə işi fakültəsi – 3000 manat
Əczaçılıq fakültəsi – 2000 manat
Stomotologiya – 3000 manat
Tibbi profilaktika – 2000 manat
Turizm və Menecment Universiteti
Qida məhsulları mühəndisliyi – 2500 manat
Turizm və otelçilik – 3000 manat
Regionşünaslıq – 2500 manat
Beynəlxalq münasibətlər – 2500 manat
Menecment – 3000 manat
Marketinq – 3000 manat
Maliyyə – 3000 manat
Biznesin idarə edilməsi – 2800 manat
Nəqliyyat servisi – 2 500 manat
Tərcümə – 3000 manat
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması – 2500 manat
Sosial iş – 2500 manat
Azərbaycanda orta əmək aylıq haqqı heç 500 manat deyil. Amma göründüyü kimi təhsil haqları fantastik həddədir. Bundan başqa nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 2.5 milyonunun banklara kredit borcu var. Bu halda əlbəttə ki, təhsil haqqını ödəmək müşkülə çevriləcək. Hakimiyyət isə bu problemi həll etmək niyyətində görünmür.