Azərbaycan idmançısı Fərəc Cəlilov Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən Pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq birinci yerə layiq görülüb. Fərəc Cəlilov ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək “squat” hərəkətində 250 kq, “bench-press” 190 kq, “deadlift” 310 kq qaldırıb və 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb. Yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib. Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası Pauerliftinq üzrə Mütləq Avropa və Dünya Çempionu titulunu qazanıb və Dünya rekorduna imza atıb.
Related Posts
Keçmiş ANS-çi Mir Şahinin yerinə gətirildi.
- admin
- 02/06/2016
- 0
ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub. Şirkət prezidentinin media üzrə müşaviri Mais […]
Amerikalılar Trampın xanımına pul xərcləmək istəmir – Petisiya haızırlandı
- admin
- 05/04/2017
- 0
Amerikalılar prezident Donald Trampın xanımı Melaniya Trampın Nyu-Yorkdan Vaşinqtona köçməsini tələb edirlər. Bu tələblə hazırlanan […]
Avropa Parlamenti Panama sənədlərini araşdıracaq
- admin
- 14/04/2016
- 0
Avropa Parlamenti “Panama sənədləri”nin araşdırılması ilə məşğul olan komissiya yaradacaq. Komissiyanın əsas vəzifəsi – çirkli […]