Sıralama yarışının bitməsinə dəqiqələr qaldığı anda bolidi qəzaya uğradığından sərbəst yürüşlərin birincisi olan Lewis Hamilton yarışı dayandırmalı olub.
Kvalifikasiyanın sonuncu mərhələsində onun bolidi 11-ci döngədə divara sürtülüb və nəticədə maşının ön sağ təkəri yerindən çıxıb. Bununla da sabah keçiriləcək yarışda onun sıralama yeri 10-cu pillədə olacaq.
Əvəzində onun komanda yoldaşı, almaniyalı Nico Rosberg birincilik qazanıb və sabah keçiriləcək yarışda o, yola çıxan ilk pilot olacaq. Həmkarının sıralamada qəfil geriləməsinə baxmayaraq o, Lewisin sabah yenidən ön pilləyə qayıdacağını da istisna etməyib.
“Bilirsiniz, Lewis çox tez-tez nümayiş etdirib ki, o onuncu yerdən belə geri, ilk pilləsinə qayıda bilər. Bildiyiniz kimi, Rusiyada yarışı o ikinci yerdə bitirdi və əminliklə deməliyəm ki, onunla hələ də hesablaşmaq lazımdır”, Nico Rosberg deyib.
Nico Rosbergin ardınca sıralamada Sahara Force İndia komandasının meksikalı pilotu Sergio Perez, ikinci yerdə olacaq.
Cərgənin üçüncü pilləsində Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikkardo yer alacaq. Buna qədər o, Formula 1 sınaq yürüşlərində bordürə çırpılaraq qəzaya düşən ilk pilot kimi xatırlanırdı.
“Dünən mən düşünürdümmü ki, bu gün burda olacağıq? Xeyr. Mən fikirləşirdimmi ki, biz yarışı ön cərgədə başlayacağıq? Düzünü desəm, xeyr”, Rikkardo sevincini media nümayəndələri ilə bölüşərkən deyib.
Yarışın son pilləsində yer alan pilot isə Renault Sport F1 komandasının hər iki pilotu olacaq.
Üçüncü Sərbəst Yürüş
Bakıda keçirilən Formula 1 yarışının Üçüncü Sərbəst Yürüşünün qalibi adını yenidən Mercedes komandasından böyük britaniyalı pilotu Lewis Hamilton alıb. O, 1:44.352 dəqiqəlik dərəcə ilə birinci olub.
Onun digər komanda yoldaşı, almaniyalı Nico Rosberg də son anda 1:44.610 dəqiqəlik dərəcə ilə treki ikinci yekunlaşdırıb. Komanda ötən gün keçirilən iki sərbəst yürüş zamanı da ilk pillələri bölüşürdü.
Sahara Force İndia komandasının almaniyalı pilotu Nico Hulkenberg treki 1:45.540 dəqiqəlik dərəcə ilə üçüncü yerdə bitirib.
Amma onun digər komanda yoldaşı meksikalı pilot, Sergio Perez üçün trek uğurla nəticələnməyib. Yürüşün son dəqiqələrində onun bolidi İstiqlaliyyət küçəsindəki 15-ci döngənin bordürünə çırpılıb və sağ arxa təkəri yerindən çıxıb. Nəticədə pilot dövrəni sona vurmadan dayandırmalı olub.
Ümumiyyətlə, ötən gün olduğu kimi bu gün də 15-ci döngə pilotların daha çox yanlışlığa verdiyi döngə olub. Pilotlar bu yolu dəfələrlə getməsinə baxmayaraq döngə yenə də bəzi pilotların vaxtını itirməsinə səbəb olub.
Yürüş zamanı trekə çıxan bir pişik maraqlı görüntü yaradıb. Kameralar pişiyi yolu keçmək istədiyi vaxt görüntüləyib.
F1 yarışının ikinci gününə müğənni Enrique Iglesias-ın konserti ilə yekun vurulacaq.